AZƏRBAYCANLI RƏSSAM BEYNƏLXALQ İNCƏSƏNƏT FONDUNUN KATALOQUNDA Ümumdünya İncəsənət Fondunun “Berlində Slavyan İncəsənət Günləri” sərgisinin materialları əsasında ingilis və rus dillərində nəşr etdiyi kataloqa azərbaycanlı rəssam İlham Mirzəyevin iki əsəri daxil edilmişdir. “İncəsənətdə yeni simalar” adı altında bu il çap edilən bu nəşr BerlindəRusiya Mədəniyyət və Elm evinin dəstəyi ilə işıq üzü görmüşdür. Almaniyada, Türkiyədə, Rusiyada, Bolqarıstanda və başqa dövlətlərdə təşkil edilən “ArtWeek” sərgiləri keçmiş Sovet İttifaqının və digər ölkələrin rəssamları arasında bir ünsiyyət, dialoq vasitəsi kimi münaqişələrdən əziyyət çəkən müasir dünyanı rənglərin doğmalığı, boyaların vəhdəti ilə sülhə çağrılan davamlı tədbirlər kimi çox dəyərlidir. “ArtWeek in World” Beynəlxalq İncəsənət layihəsinin prezidenti İvan Kazanski belə hesab edir ki, bu layihənin çoxsaylı iştirakçılarinin böyük gələcəyi var: “Onlar təsviri incəsənətdə cəsarətlə, artıq norma kimi qəbul edilən düşüncə tərzlərini əsas götürmədən bədii materialları sınaqdan keçirir, yeni texnalogiyalara yiyələnir, yaradıcılıqlarını müxtəlif janrlarda nümayiş etdirməkdən çəkinmirlər”. Mahiyyət etibarilə bu kataloq öz gücünə inanaraq ölkələrindəistedadlı rəssamların, heykəltaraşların, xalq sənətəinin müxtəlif sahələrinin təmsilçilərinin inkişafına təkan verən gənc intelektual elitanın ideyalarının təqdimatıdır. Kataloqun ingilis və rus dillərində çap olunması rəssamlara gələcəkdə əsərlərini Avropa, Amerika və Asiya ölkələrində təqdim etmək imkanı yaradir. Nəsrin beynəlxalq formatı yaradıcılıq imkanlarını reallaşdırmaq və genişləndirmək üçün rəssamların qarşısında yani üfüqlər açır. Sevindirici haldır ki, bu sərgilər dünyanin 13 ölkəsində keçirilir. Rəssam İlham Mirzəyevin müxtəlif janrlarda və əsasən eksperimental rəngarlıq üslubunda işlədiyi əsərlər Almaniyada, Rusiyada ve Bolqarıstanda birinci, ikinci və üçüncu yerlərə layiq görülüb. “Internationale Assoziation Kundster Volkerder Weelt” Beynəlxalq Assosiasiyaısının prezidenti Bulat Mekebaevin kitabdakı çıxışında belə yazır: “ Əlinizdə tutduğunuz kataloqu biz bir daha mənəviyyata, mərhəmətə və sevgiyə sarı atılan addım kimi qiymətləndiririk. Nə qədər çox insan incəsənəti dərk etməyə can atarsa, dünyada bir o qədər də neqativlər azalar”. Rəssam İlham Mirzəyev bu sərgilərdə iştirakını, qalib olmasını, beynəlxalq kataloqa adının düşmasini təvazökarlıqla yaradıcı insanların ünsiyyət üfüqlərinin genişlənməsi qiymətləndirərək deyir:-“Qalibolmaq, yer tutmaq, əslində, rəssam üçün böyük qürur deyil. Fərəh doğuran odur ki, Azərbaycan rəssamları nüfuzlu beynəlxalqtədbirlərdə mütəmadi iştirak edirlər. Rəssamın ən böyük sevinci içində formalaşan ideyanı, rənglərin ehtirasını düşündüyü,gördüyü, təsəvvür etdiyi kimi kətana köçürə bilməsi ilə bağlıdır. Beynindəki eskizlə bitirdiyin tablo arasında həmişə fərq olur. Eynisi olmur, ya yaxşı, ya da pis olur. Ən vacibi kiməsə bənzəməyə çalışmırsan, kimi isə təlqin etmirsən. Yaradıcılıqda belə bir anlayış var-öz yolu ilə getmək. Əslində, bu yolda qarşına çətinliklər çıxır: diviarla rastlaşırsan, boşluqlara düşürsən, ya da dağ çayları kimi sürətlə axaraq səni ağuşuna alan, ruhuna hakim kəsilən yaradıcılıq dənizinə qərq olursan. Hər bitirdiyin iş keçdiyin yeni yolun, ömründə ilk dəfə qarşılaşdığın fikirlərin və təkrarolunmaz yaradıcılıq axtarışlarınınnəticəsidir. Mənim üçün sırf yaradıcılıq prosesi maraqlıdır. Qiymət vermək isə tamaşaçının hüququdur”. “Azərbaycan” qazeti". Bahadur İmanquliyev 07 aprel 2013-cü il. səh.8